Muəllif:

Avtobusda gediş haqqının kart sistemi gəlir

İctimai nəqliyyatda (avtobuslarda) gediş haqqının ödənilməsi üçün kart sisteminin may-iyun aylarında tətbiq olunacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə bazar ertəsi nəqliyyat naziri Ziya Məmmədov bildirib.
«İlk olaraq kart vasitəsilə gediş haqqının ödənilməsi 500-1000 ədəd avtobusu əhatə edəcək», — nazir deyib.
Gediş haqqının ödənilməsi üzrə yeni sistemin tətbiqi kartların hesablanması üçün turniketlərin və aparatların quraşdırılmasını, yüklənmə terminallarını, kartların özlərinin sifarişini, ictimai nəqliyyatdan giriş və çıxış sisteminin təyin edilməsini tələb edir.
Bakının avtobus parkının yenilənməsi üçün 1200 yeni avtobus tələb olunur.
Nazir hesab edir ki, paytaxtda bəzi avtobus marşrutlarının bağlanması onların sayının azalması ilə bağlı deyil, marşrutların optimallaşdırılması çərçivəsində görülən tədbirdir.
«Hazırda avtobus marşrutlarının yenilənməsi və müasirləşdirilməsi prosesi aparılır ki, bu da göstərilən xidmətlərin səviyyəsini artırmağa, ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir», — Məmmədov deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 222