Muəllif:

Avroparlament Rusiyanın təzyiqlərini müzakirəyə çıxaracaq

Gələn həftə Avropa Parlamenti Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiqləri ilə bağlı debatlar keçirəcək və böyük ehtimalla buna dair qətnamə qəbul edəcək. Müvafiq qətnamə layihəsi Avropa Parlamentinin sentyabrın 11-12-də Strasburqda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Avropa Parlamentinin vitse-prezidenti Yatsek Saryuş-Volski bildirib ki, sözügedən məsələni müzakirə etmək barədə qərar Avropa Parlamentinin Prezidentlər Konfransının sentyabrın 5-də keçirilən iclasında qəbul edilib: “Ermənistanın Gömrük İttifaqına qoşulması, Gürcüstan baş nazirinin Gömrük İttifaqına qoşulmağa baxılmasının mümkünlüyü barədə bəyanatı, Ukrayna ilə ticarət müharibəsi kimi məsələlər Rusiyanın “Şərq Tərəfdaşlığı” Proqramını sual altına qoymaq cəhdləridir. Şərq qonşularımızla assosiativ saziş barədə təklif və danışıqlar onları Rusiyanın təzyiqləri ilə üzbəüz qoyub. Avropa Birliyi özünün şərq tərəfdaşlarını Rusiyanın təzyiqlərindən müdafiə etmək məsuliyyəti daşıyır”.

AB 2009-cu ildə “Şərq Tərəfdaşlığı” Proqramının icrasına başlayıb. Proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus daxildir. Proqram AB-nin bu ölkələrlə yaxınlaşmasına və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 133