Avropa Yayım İttifaqı Eurovision-da rüşvət məsələsini yoxlayacaq
Avropa Yayım İttifaqı – Eurovision musiqi müsabiqəsinin təşkilatçısı Azərbaycan və bir neçə digər iştirakçı ölkə tərəfindən mümkün rüşvət cəhdləri haqqında məlumatı yoxlayacaq. Bu barədə İndependent yazır.
Bir neçə ay əvvəl fəal şəkildə müzakirə olunan bu mövzu bu yaxınlarda İsveç mətbuatında gedən nəşrlə əlaqədar aktuallaşıb. Qaynaq iddia edib ki, Azərbaycan heyətinin üzvü şəxsi söhbətdə digər ölkələrin səslərini aldıqlarını etiraf edib. O, guya münsiflər heyətinin yüksək qiymətləri müqabilində “bir il yaşamaq üçün kifayət edəcək qədər məbləğ” təklif edib.
Eurovision koordinatoru Sietse Bakker rüşvət haqqında şaiyələri şərh edərkən onların yoxlanılacağına inandırıb, bu barədə Mirror yazır. Müsabiqə qaydalarının pozulması haqqında məlumat təsdiqini taparsa, “sanksiyalar” tətbiq ediləcək.
Bir müddət əvvəl Litva mətbuatında da Azərbaycanın ünvanına ittihamlar yayılıb. 15min.lt portalının məlumatına görə, iki kişi litvalılar arasında Eurovision-un Azərbaycanlı iştirakçısının lehinə səs alınmasını təşkil ediblər. Lakin Litva prokurorluğu “məhkəməöncəsi araşdırma üçün əsas olmadığı” qənaətinə gəlib.
2013-cü il Eurovision müsabiqəsində Azərbaycanlı ifaçı Fərid Məmmədov Danimarka nümayəndəsi Emmili de Ferestdən sonra ikinci yeri tutub, deyə InteNews.ru xatırladır
(Turan).