Muəllif:

Avropa Məhkəməsi Azərbaycana daha bir «iş kəsdi»

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşı Rizvan Əbdülqadirovun işi üzrə qərarını açıqlayıb.Əbdülqadirov ədalətli məhkəmə araşdırması və hüquqi yardım seçmək hüquqlarının pozulduğunu iddia edərək AİHM-ə müraciət edib. O, Apellyasiya və Ali məhkəmələrdə işi üzrə keçirilən dinləmələrdə iştirakına şərait yaradılmadığını bildirib. Avropa İnsan Haqları Məhkəməsi onun iddiasını təmin edib və R. Əbdülqadirova mənəvi ziyana görə 2.400 avro, məhkəmə xərclərinə görə 1.000 avro təzminat ödənməsi barədə qərar çıxarıb (APA).

Qeyd edək ki, 1958-ci il doğumlu Bakı sakini R. Əbdülqadirov 2004-cü ilin sentyabrında terrorçu qruplaşma ilə əlaqələrdə şübhəli bilinərək həbs edilib. Məhkəmə onu qanunsuz silah saxlamaqda təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib. Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128