Avropa çempionatının ilk günündə 3 qızıl və 1 bürünc qazandllar
Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 3 qızıl və 1 bürünc medal qazanıblar.Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında başlanan Avropa çempionatının ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar yarışa qoşulublar. Bizim güləşçilərdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) həlledici mərhələdə Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub. Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb.
Beləliklə, ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb. Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.