Muəllif:

Avropa çempionatında medal qazanmış güləşçilər mükafatlandı

Güləş Federasiyasının I vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə Avropa çempionatında medal qazanmış yeniyetmə və gənc güləşçilərin mükafatlandırma mərasimi keçirilib.Hesab edilir ki, həm yeniyetmələr, həm də gənclər çempionatda uğurlu çıxış ediblər.

Güləşçilərimiz bu iki yarışda ümumilikdə 28 medal qazanıblar ki, bundan 10-u qızıldır. Qarşıda idmançılarımızı Bolqarıstan və Serbiyada dünya çempionatları gözləyir.

Qaliblərə AGF tərəfindən pul mükafatı təqdim edilib.

İyunun 18-23-də Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilərin, iyulun 2-7-də isə Makedoniyanın Skopye şəhərində gənclərin Avropa çempionatı keçirilib. Hər iki çempionatda Azərbaycan güləşçiləri tam heyətlə iştirak edib və ölkəmizi uğurla təmsil ediblər.

Belə ki, yeniyetmə güləşçilərimiz ümumilikdə 15 medal qazanıblar ki, bunlardan 6-nın əyarı qızıl, 2-si gümüş, 7-sinin əyarı isə bürünc olub. Bu nəticələrlə sərbəst güləş yığmamız komanda hesabında bütün rəqiblərini qabaqlayaraq çempionatı birinci tamamlayıb, yunan-Roma komandamız isə ikinci olub.
Gənclərdən ibarət yığma komandalarımız Avropa çempionatını ümumilikdə 13 medalla tamamlayıblar. Bunlarda 4-ü qızıl, 4-ü gümüş, 5-i isə bürünc əyarlıdır. Komanda hesabında gənclərdən ibarət yığma komandalarımız da uğurlu nəticə göstərib. Belə ki, sərbəst güləş üzrə yığmamız Avropa çempionatında bütün rəqiblərini geridə qoyub və birinci sırada qərarlaşıb. Yunan-Roma güləşi yığmamız ikinci, qadın güləşçilərimiz isə komanda hesabında dördüncü pilləni tutub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142