Muəllif:

Böyüklər arasında Avropa güləş çempionatı davam edir

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə 2013-cü il böyüklər arasında güləş üzrə Avropa çempionatı başlanıb. Qitə birinciliyində ölkəmiz sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarla təmsil olunur.
Sərbəst güləş üzrə yarışlarda Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov mübarizə aparacaqlar. Komandaya Saypulla Absaidov rəhbərlik edir.
Cəmşid Xeyrabadinın başçılıq etdiyi yunan-Roma güləşi üzrə yığma komandamız isə Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçın (120 kq) simasında qitə çempionatında mübarizə aparırlar.
Qadın güləşi üzrə yarışlarda ölkəmizi Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) təmsil edirlər. Komandaya Yaqub Məmmədov başçılıq edir.
Çempionatın proqramına əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi üzrə, 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.
Bizimkilər üçün start uğurlu oldu. Yarışın birinci günündə sərbəst güləşdə 66 kq və 96 kq, qadın güləşində isə 48 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Hər 3 çəki dərəcəsində Azərbaycan pəhləvanları ilk görüşlərini keçiriblər.
Sərbəst güləş yarışlarında 66 kq-da ölkəmizin şərəfini qoruyan Məhəmməd Müslümov mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, ilk görüşdə italiyalı Angelo Kostaya qalib gələrək 1/8 final mərhələsinə çıxıb. Məhəmmədin növbəti rəqibi polşalı Rafal Statkieviçlə güləşəcək.
96 kq çəki dərəcəsində mübarizə aparan 3 qat Avropa çempionumuz Xetaq Qazyumov da yarışa yaxşı başlayıb. O ilk görüşdə türkiyəli Müren Mutludan üstün olub. Pəhləvanımızı 1/8 finalda almaniyalı Vilyam Hartla çətin sınaq gözləyir.
Qadın güləşçilərimiz arasında qüvvəsini sınayacaq ilk idmançımız Patimat Baqomedov isə mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Patimat ilk görüşünü Elitsa Atanasova Yankovaya (Bolqarıstan) qarşı keçirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 225