Avropa Azərbaycanlılarıdan açıqlama: Cəmil Həsənlini dəstəkləyirik
Avropa Azərbaycanlıları Milli Birlik Şurası (AAMBŞ) prezident seçkilərində Cəmil Həsənlini dəstəkləyəcəkləri barədə bəyanat yayıb. AAMBŞ Milli Şuranın vahid namizədi professor Cəmil Həsənlinin namizədliyini alqışlayır və siyasi dəstəyini ifadə edir. Qurum sərəncamında olan bütün resurslardan istifadə edərək C.Həsənlinin seçki kampaniyasına yardımçı olacağını bildirir. AAMBŞ həm də bütün seçicilərə müraciət edərək seçki günü C.Həsənliyə səs verməyə və seçkinin nəticələri saxtalaşdırıldığı halda demokratik vasitələrlə mübarizəyə çağırır.
Müəlliflər bütünlükdə Azərbaycanda seçki mühitinə də münasibət ifadə ediblər. İndiki dövlət başçısı İlham Əliyevin üçüncü dönəm prezidentliyə namizədliyini irəli sürməsi və namizədliyin qeydə alınması demokratik prinsiplərin pozulması sayırlar. “Bu, ölkədə faktiki neo-monarxiyanın bariz nümunəsi, normal, seçki mühitinin olmamasının göstəiricisidir”, — müəlliflər fakta qiymət verirlər.
Rəsmi Bakının seçkilərə ölkədə çoxsaylı siyasi məhbusun olması şəraitində getməsinin özünün narahatlıq yaratdığı nəzərə çatdırırlır. Bu siyasi məhbusların şərləmə yolu həbs olunduqları qeyd edilir (Turan).