Muəllif:

Avronun dünya bazarında bayram rekordları

Dünya bazarında son günlər yeni rekord imza atan avro manata nisbətən də ciddi şəkildə möhkəmlənməkdədir. Yalnız ABŞ dollarına nisbətən birbaşa kursu müəyyənləşdirilən Azərbaycan milli valyutası Avropa pulunun qlobal arenadakı möhkəmlənməsi fonunda dəyər itirməkdıir. Dollara nisbətən mövqelərini qoruyub saxlayan və hətta son 1 ildə ABŞ valyutasını daxili bazarda sıxışdıra bilən manatın məzənnəsi avronun möhkəmlənməsi fonunda dəyişməkdədir.

Mərkəzi Bankın rəsmi məlumatlarına görə ötən ilin noyabr ayına nisbətən avro manata nisbətən 8.4 faiz dəyər qazanıb. Əgət 1 il öncə 1 avro almaq üçü sadəcə 99 qəpik ödəmək lazım idisə hal-hazırda 1 avro pulu üçün 1 manat 8 qəpik xərcləmək lazımdır. Bu isə o deməkdir ki, 1 il öncə öz manatını avroya çevirib saxlayanlar ötən müddətdə hətta əksər bankların da onlara verəcəyindən daha çox qazanc əldə ediblər. Belə ki, bi il öncə 9900 manata 10 000 avro alan şəxs indi həmin pulunu yenindən milli valyutaya çevirərsə o zaman 900 manat qazanmış olur. Amma təbii ki, avronun məzənnəsinin möhkəmlənməsi heç də fərdlərinin gəlirlərinin dəyişməsi aspektindən deyil eyni zamanda dövlət rezervlərinin həcmində müşahidə edilən dəyişikliklər baxımdan da əhəmiyyətlidir.
Əslində, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ bu ilin əvvəlində- avronun məzənnəsinin düşdüyü ərəfədə 2013-cü ilin payızından başlayaraq avronun məzənnəsinin yüksələcəyi ilə bağlı proqnoz vermişdi. Bu onunla bağlı idi ki, dünya iqtisadiyyatının 25 faizinə malik olan Avropa Birliyinin valyutasının uzun müddət kəskin azalması praktiki mümkün deyildi: xüsusən bu azalmalarda spekulyativ faktorlar varsa.
Iqtisadçı Vüqar Bayramov deyir ki, Avropa valyutasının məzənnəsindəki artımlar daha çox Almaniya indekslərində müşahidə edilən artımlar ilə bağlıdır. Almaniyanın iqtisadiyyatının əsas indekatoru son aylar 42-dən 54.7-dək yüksəlib. Eyni zamanda, Avro zonada infilyasının ciddi şəkildə cilovlanması müşahidə olunur.
Avro zonadan fərqli olaraq ABŞ-da iqtisadi vəziyyət heç də yaxşı qiymətləndirilmir. ABŞ-ın əsas indikatoru noyabr ayında iyul ayına nisbətən 3 pillə geriləyib. Bu 2013-cü ildə ən aşağı göstəricidir. Ölkənin sənaye indeksi də son aylar 8.2-dən 6.1-dək azalıb.
Spekulyativ faktorlara gəlincə, Bayramov deyir ki, bəzi dövlətlər, o cümlədən investorlar avronun məzənnəsinin aşağı düşməsində maraqlı idilə:”Bununla belə spekulyativ faktorlar uzun müddət fəaliyyət göstərə bilməz. Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Biz bunu nəzərə alaraq ötən aylardan avro ilə saxlanılan ehtiyatların satılmasının məqsədəuyğun olmadığını deyirdik. Eyni zamanda əhaliyə avronun məzənnəsinin aşağı düşdüyü müddətdə avro ilə yığımlarını artırmalarını təklif etmişdik. Çünki belə yığımları adətən valyutanın məzənnəsinin düşdüyü vaxtda etmək iqtisadi baxımdam daha məqsədəuyğun və rentabellidir. Yəni ucuz qiymətə alınmış valyutanın alınması sonradan onun baha qiymətə satılmasına imkan yaradır”.
Avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Əvvəlla, bu avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadə artmasına səbəb olur. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər:”Bu isə “Avropa mallarının” Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin eləcə də təyyarə biletlərinin qiymətinin artmasına səbəb olacaq”.
Bundan başqa, iqtisadçı deyir ki, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətinin artırmaq üçün kifayət deyil:”Əvəlla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi tarazlıq deyil. Bu isə təbii ki, manatın dollara nisbətən məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır. İkincisi, son dəyişikliklərdən sonra da avro zonada Azərbaycan məhsulları “bahali məhsullar” statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır”.
Bayramov hesab edir ki, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı qeyri-neft sektorunun inkişafını tormozlayır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 214