Muəllif:

Atletimiz dünya rekordu müəyyənləşdirdi

Paralimpiya üzrə Azərbaycan millisinin atleti Vladimir Zayets yeni dünya rekordu müəyyənləşdirib. Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançımız bu uğura Fransanın Lion şəhərində keçirilən dünya çempionatında nail olub.

Həmyerlimiz 3 təkanla tullanmada 15,30 m nəticə göstərərək qızıl medala sahib olmaqla yanaşı, rekordçular sırasında da birinci yerə yüksəlib.

apasport.az saytına görə, yarışda gümüş medalı Doniyo Saliyev (15,06 m, Özbəkistan), bürünc medal isə Sergey Burdukov (14,75 m, Belarus) qazanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115