Muəllif:

ATİB: Azərbaycan və Türkiyə, əsasən, Rusiyada birgə sərmayə yatırırlar

Sayı 86-ya çatan Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) daxil olan şirkətlər Azərbaycana yatırımları artırmaq fikrindədirlər. Trend-in məlumatına görə, bu barədə cümə günü ATİB-in rəhbəri Cemal Yanqın bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə ATİB üzvlərinin Azərbaycan iqtisadiyyatına investisiyaları bir milyard dollar artaraq dörd milyard dollar təşkil edəcək.
Yanqın qeyd edib ki, Azərbaycandan və Türkiyədən olan sahibkarlar üçüncü ölkədə də birgə sərmayələrin artırılmasını planlaşdırırlar. Həmçinin, bu gün daha çox Türkiyə-Azərbaycan investisiyaları Rusiyaya qoyulub.
«Rusiyada Türkiyə-Azərbaycan birgə investisiyaları bazasında yaradılan xeyli şirkət var», — o deyib.
Yanqının sözlərinə görə, Azərbaycandan və Türkiyədən olan sahibkarların birgə həyata keçirdikləri yatırımlarda prioritet ilk növbədə qonşu ölkələrdir.
Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatı (DEİK) yanında Dünya Türk İş Şurasının (DTİK) Avrasiya bölgə komitəsinin təmsiçiləri fevralın 21-dən 23-dək Bakıda səfərdədirlər. Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Gürcüstan və Azərbaycanın türk sahibkarları ATİB rəsmiləri və Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriblər.
Habelə, komitənin təmsiçilərinin Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşü keçirilib. Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli iqtisadi əlaqələr və hər iki tərəf üçün maraq kəsb edən məsələlər müzakirə olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130