ATƏT saxtakarlar ilə yanaşı dayanıb
Bu gün ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun Ermənistan nümayəndəliyi qarşısında ölkəni tərk etmək və seçkiləri saxtalaşdıranları dəstəkləməmək tələbi ilə etiraz aksiyası keçirilib.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, politoloq Saro Saroyan deyib ki, tələblər, həmçinin digər müşahidəçi missiyalarına aiddir.
«Seçkiləri saxtalaşdıranlara dəstək verməyi dayandırmağı tələb edirik. Bilirik ki, bir nömrəli saxtakar Mərkəzi Seçki Komissiyasıdır (MSK). MSK seçkilərdən sonra yalnız mövcud rejimə sərf edən nəticələr yayır. Bu baxımdan beynəlxalq müşahidəçilər seçkilərin saxtalaşdırılmasında iştirak etmirlər», — politoloq qeyd edib.
«Beynəlxalq müşahidəçilərin gedişi Ermənistan və sıravi seçiciyə nə verə bilər» sualını politoloq belə cavablandırıb: «Bu göstərəcək ki, Ermənistanda seçkilər həqiqətən də saxtalaşdırılır və beynəlxalq ictimaiyyət Ermənistandakı seçicilərlə həmrəy olacaq».
Qeyd edək ki, aksiya ərzində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun müşahidəçilər missiyasından heç kəs ofisdən çıxıb nümayişçilərlə görüşməyib. Yalnız bir neçə avropalı aksiyanı telefona çəkib.