ATƏT parlament liderləri Anar Məmmədlinin həbsindən rahatsız olublar
ATƏT ölkələrinin aparıcı parlamentarları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən narahatlıqlarını bildiriblər.
ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitə sədri İzabel Santuş (Portuqaliya) deyib: “Mən Anar Məmmədlinin həbsindən çox narahatam. Mən hakimiyyəti tənqid edənlərin və özgəfikirlilərin susmağa məcbur edilməsi üçün hüquqi tədbirlərdən istifadə edilməsində bu həbsin Azərbaycan hökumətinin siyasətinin bir hissəsi ola biləcəyindən ehtiyat edirəm.
“ATƏT üzvü olan Azərbaycan Anar Məmmədlinin işində qanunun aliliyinin, həmçinin onun rəhbərlik etdiyi QHT və vətəndaş qruplarının hakimiyyət tərəfindən müdafiəsinin təminatına görə məsuliyyət daşıyır”, — Santos vurğulayıb.
Komitənin məruzəçisi Qordana Komik (Serbiya) deyib: “Biz hakimiyyəti Anar Məmmədlini dərhal azad etməyə və ATƏT-in əsas prinsiplərinə əməl olunacağına zəmanət verməyə çağırırıq. Azərbaycanda daha bir vətəndaş fəalının həbsi bizim üçün yolverilməzdir. Biz bu məsələlərə dəqiq cavablar istəyirik” (Turan).