Muəllif:

ATƏT PA prezident seçkilərinə müşahidə missiyası göndərməyəcək

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda 9 oktyabr prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini açıqlayıb.

Bu barədə ATƏT PA mətbuat xidməti xəbər yayıb. Seçki ilə assambleyanın oktyabrın 13-15-də Monteneqroda planlaşdırılan payız sessiyasının vaxtı üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub.

R. Krivokapiç bildirib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Bununla yanaşı, qurum payız sessiyasından iki həftə sonra – oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərəcək.

ATƏT PA-nın rəhbəri sentyabr ayında bir sıra ölkələrə, o cümlədən Gürcüstana səfər planlaşdırır. Azərbaycana səfər nəzərdə tutulmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159