Muəllif:

ATƏT:Məntəqələrin 58%-də səslərin sayılması pis və çox pis həyata keçirilib»

ATƏT dünən Azərbaycanda keçirilən seçkilərin nəticələrini şübhə altına alıb, çoxsaylı iradlar bildirib. Bu barədə ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərlə bağlı ilkin rəyini açıqlayarkən deyib.

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett bildirib ki, səslərin sayılmasında 58 fazilik qanun pozuntuları qeydə alınıb: «Məntəqələrin 58%-də səslərin sayılması pis və çox pis həyata keçirilib».
APA-nın xəbərinə görə, ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının Tana de Zulueta bəyan edib ki, seçki təkcə səsvermə günündən ibarət deyil, ona görə də missiya 6 həftə ərzində seçkiqabağı vəziyyətin və seçki kampaniyasının gedişinin monitorinqini aparıb. Onun sözlərinə görə, seçkidən əvvəl baş verənlər seçkilərin atmosferinə ciddi təsir göstərir.

Zulueta seçkilər müddətində “ifadə, birləşmə və toplaşma azadlıqlarının məhdudlaşdırıldığını”, seçki prosesinə müdaxilə hallarının qeydə alındığını bildirib.

Onun sözlərinə görə, müşahidəçilərin olduğu məntəqələrin 11%-də səsvermənin gedişi zamanı pozuntular müşahidə olunub. O, ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçilərindən neqativ məqamlar eşitdiyini və bunun şəxsən öz təəssüratları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 137