Muəllif:

AŞPA maşahidə missiyası 32 nəfərdən ibarət olacaq

AŞPA ingiltərəli parlamentar Robert Valterin rəhbərlik etdiyi 32 nəfərdən ibarət heyət prezident seçkilərini müşahidə etmək üçün oktyabrın 7-dən 10-na qədər Azərbaycanda olacaq. Bu səfər əsnasında müşahidə missiyası MSK sədri, prezidentliyə namizədlər, siyasi partiyaların təmsilçiləri, QHT və mətbuat mənsubları ilə görüşlər keçirəcək. Oktyabrın 10-da AŞPA missiyası Avropa strukturlarının digər müşahidə missiyaları ilə birlikdə mətbuat konfransı keçirərək ilkin rəyini açıqlayacaq.
Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının birinci iş günündə qurumun sədri Jan-Klod Minyon jurnalistlər üçün ənənəvi brifinqdə
Azərbaycanda prezident seçkiləri mövzusunda suala belə cavab verib: “Bildiyiniz kimi, bu yaxınlarda assambleyamız gələn həftə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Bakıya özünün seçkiöncəsi müşahidə missiyasını göndərmişdi. Hesab edirəm ki, bu missiyanın səfəri tam uyğun bir şəkildə keçdi. Bu gün səhər missiyanın rəhbəri Robert Valter bu səfərlə bağlı öz hesabatını təqdim etdi və biz də lazım olan qeydləri nəzərə aldıq. Bundan başqa, missiyanın Bakıda verdiyi bəyanatı da nəzərdən keçirmişik. Eyni zamanda Azərbaycandakı seçkilərin uyğun bir şəkildə keçirilib-keçirilməyəcəyini müşahidə etmək məqsədilə assambleya yaxın günlərdə yenidən öz seçki missiyasını Bakıya yollayacaq. Ümumi olaraq, seçkilərin uyğun şəkildə keçiriləcəyini düşünürəm”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140