Muəllif:

ASAN xidmətinin

Bu yaxınlarda ASAN Xidmətin açılışından xəbər tutdum. Facebookda da bu xəbər çox müzakirə olundu. Mən də bu xidmət haqqında daha çox məlumat almaq üçün bir status yazdım. Bir neçə gündən sonra ASAN Xidmətin fəaliyyəti ilə yaxından tanış olmaq üçün dəvət olundum. Dövlət orqanlarının rüşvətxor və qeyri-effektiv fəaliyyətindən çox qəzəbliyəm. Bir iş adamı olaraq hər gün korrupsiyaya qarşı mübarizədə xeyli güc və zaman itirirəm, özü də ən xırda məişət problemlərindən tutmuş böyük problemlərədək.
Doğrusu, Azərbaycan mühitində belə bir xidmətin fəaliyyəti məni maraqlandırmaqla yanaşı, həm də həyəcanlandırdı. Nəhayət ki, Azərbaycanda korrupsiyadan kənar xidmət göstərən bir sistemin şahidi ola bildik. Bu xidmətin digərlərindən fərqi nədədir:
— Personal çox cavan, diqqətli və gülərüz, iş görməkdə və vətəndaşlara yardım etməkdə həvəsli. Vərdiş elədiyimiz kobud və qaba məmur obrazının tam əksi.
— Bir binada 9 nazirliyin nümayəndələrinin fəaliyyət göstərməsi.
— Qaynar xəttin həqiqətən də qaynar olması. Sfdd sutekudən soruşdum ki, ən qeyri-adi sual hansı olub. Dedilər ki, bir vətəndaş zəng vurub damının dammasıyla, digəri isə xarab printerinin düzəldilməsiylə bağlı yardım xahiş edib.
— Əsas odur ki, sənə bütün lazım olan sənədləri heç bir rüşvət ödəmədən və get-gələ düşmədən asanlıqla əldə edə bilərsən. Daha ətraflı məlumatı asan.gov.az saytında tapa bilərsiniz.
Təsəvvür edin ki, bir dövlət orqanında uşaqlar üçün əyləncə meydançası, kafe və internet-kafe fəaliyyət göstərir.
ASAN Xidmətin çətin işində uğurlar arzu edirəm! Ümid edirəm, Azərbaycanın hər bir bölgəsində fəaliyyətlərini uğurla davam etdirəcəklər!

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156