Muəllif:

AŞ Nazirlər Komitəsi Əli İnsanovla bağlı qərarın icrasını nəzarətə götürüb

Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin Əli İnsanovla bağlı qərarının icrasını nəzarətə götürüb və qərar Azərbaycan hökuməti tərəfindən tam icra olunanadək nəzarətdə saxlanacaq. Bu barədə AŞ Nazirlər Komitəsiniə hazırda sədrlik edən Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heykin həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun məktubuna sentyabrın 22-də göndərdiyi cavabında bildirilir.
Avropa İnsan Hüquqları Məhkəməsi 14 mart 2013-cü ildə İnsanovun ədalətli mühakimə hüququ haqqında iddiasını təmin edib və ona qarşı işgəncə faktını təsdiq edib.
Bu səbəbdən Avropa Məhkəməsi Azərbaycan hökumətinin İnsanova 10 min avro kompensasiya ödəməli olduğu haqqında qərar verib.
Vəkil Toğrul Babayev Turana bildirib ki, AİHM İnsanovun işi üzrə qəraraı 14 iyun 2013-cü ildə qüvvəyə minib. “Artıq 4-cü aydır Avropa Məhkəməsinin qərarını Azərbaycan hökuməti icra etmir. Bu səbəbdən də Əli İnsanov AİHM qərarının icrasına nəzarət edən AŞ Hazirlər Komitəsinə müraciət edib”.
Keçmiş nazir Avropa Məhkəməsinin qərarını qəsdən icra etmədiyinə görə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevi, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu və Ədliyyə Nazirliyini məhkəməyə verib.
Vəkilin sözlərinə görə, İnsanovun Ali Məhkəmənin sədrinə qarşı iddiasına oktyabrın 17-də saat 16.20-də Bakı 1 saylı İnzibati-iqtisadi Məhkəməsində baxılacaq.
Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib və dövlət çevrilişi hazırlamaqda ittiham edilib, amma daha sonra ittiham dəyişdirilib və onu iqtisadi cinayətlərə görə 11 il müddətinə mühakimə ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172