Muəllif:

AŞ Ermənistandakı seçkiləri demokratik saya bilər

Avropa Şurasında Ermənistandakı seçkiləri demokratik seçki kimi təqdim edib, bu ölkəni monitorinq prosesindən çıxarmaq istəyənlərin olduğu üzə cıxıb. Azərbaycanın AŞ Parlament Assambleyasındakı heyətini bunun əksini düşünür. Odur ki, Azərbaycan heyətinin gələn həftə Strasburqda başlanan yaz sessiyasında debatlara hazır olması lazım gəlir.

Jurnalistlərə açıqlamasında Azərbaycan heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, sessiyanın gündəliyində olan iki məsələ — Avropa Şurası tərəfindən Ermənistanda keçirilmiş seçkilərə və Türkiyədə postmonitorinqin nəticələrinə qiymət verilməsi Azərbaycan tərəfini xüsusi maraqlandırır. APA-nın xəbərinə görə, Seyidov Ermənistanda keçirilmiş seçkilərin qeyri-obyektiv, beynəlxalq standartlara zidd olduğunu düşünür:

“Avropa Şurasının rəsmi sənədlərində də bəzi məqamlar öz əksini tapıb. Xüsusilə seçicilərin qeydiyyatında qanunsuzluqlar, seçicilərin sayının süni şəkildə artırılması təsdiqini tapmış faktlardır. Lakin buna baxmayaraq, Avropa qurumlarının müşahidə missiyaları Ermənistanda keçirilən seçkiləri guya demokratik, beynəlxalq standartlara uyğun seçki kimi təqdim etmək cəhdləri göstəriblər, çalışırlar ki, bunun əsasında Ermənistanın “demokratik” ölkə kimi monitorinq prosesindən çıxarılması təkliflərini səsləndirsinlər”.

Seyidov qeyd edib ki, bu məsələ Azərbaycan üçün vacibdir və bizim heyəti məsələyə münasibət bildirəcək: “Avropa Şurasının içərisində elə qüvvələr var ki, onların fəaliyyəti Avropa dəyərlərinin çürüməsinə gətirib çıxara bilər”.

Azərbaycan heyətinin rəhbəri sessiyanın gündəmindəki digər məsələ olan Türkiyədə postmonitorinqın nəticələri ilə bağlı məsələyə də münasibətini açıqlayıb:

“Türkiyə 1949-cu ildə Avropa Şurasının təsisçi ölkələrindən biri olub. Ancaq Türkiyə yeganə ölkədir ki, bu təşkilatın yaradıcısı olmasına baxmayaraq, 1949-cu ildən monitorinq və postmonitorinq prosesi altında qalıb. Əgər Türkiyəyə münasibət bu cürdürsə, təsəvvür edin ki, Azərbaycana hansı formada münasibət ola bilər. Ona görə də, biz mübarizəmizi dayandırmamalıyıq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117