Muəllif:

Arvadının ünvanına söyüş işlədən əmioğlunun qanını töküb

Gədəbəy rayon sakini,37 yaşlı Hafiz Məmmədrzayev 2011-ci ilin yayında Gədəbəy bazarında istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq bir ov bıçağı — yəni soyuq silah əldə edərək üstündə gəzdirib.
Hafiz Məmmədrzayev onunla bir evdə yaşayan anası Məleykə Məmmədrzayeva və arvadı Pərvanə Əliyevanın aralarında ailə-məişət zəminində yaranmış narazılıq və mübahisəyə görə 21 sentyabr 2012-ci ildə saat 22 radələrində İnəkboğan kəndinə, qardaşı Natiqin evinin yanına gəlib. O, qardaşını öz evinə aparmaq üçün çağırıb.
Gülnar Vəliyeva bayıra çıxaraq əri Natiqin evdə olmadığını bildirdiyi üçün həmin kənddəki evinə qayıtmaq istəyərkən anası Məleykə Məmmədrzayeva ilə rastlaşıb. O, anası Məleykə Məmmədrzayeva ilə söhbət edərkən oraya gələn əmisi oğlu
Ədalət Məmmədrzayev onun anası ilə mübahisə etməsini zənn edib. Ədalət ona “boynunu yerə soxum, çatlağına, pozğun arvadına yiyəlik edə bilmirsən, hələ üstəlik də gəlib ananla mübahisə edirsən, çıx get evinizə” – deyib. Əmisi oğlu nalayiq sözlər işlətdiyinə görə aralarında mübahisə yaranıb. Hafiz Məmmədrzayev mübahisə zamanı yumruq və təpiklə Ədaləti döyüb, bıçaqla bir neçə zərbə endirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hafiz Məmmədrzayev 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən təqsirləndirilən şəxs və onun vəkili apelyasiya şikayəti verib.
Təqsirləndirilən şəxsin vəkili Tünzalə Vəliyeva apelyasiya şikayəti verərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini və Hafiz Məmmədrzayevin barəsində CM 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq etməklə təyin olunmuş cəzanın şərti hesab edilməsi, bu mümkün olmadıqda isə təyin edilmiş cəzanın daha aşağı həddə endirilməsi barədə qərar çıxarılmasını xahiş edib.
Vəkil qeyd edib ki, bu cəza son dərəcə sərt olmaqla hümanizim və ədalətlilik prinsiplərinə ziddir: “Hafiz Məmmədrzayev şəxsiyyətinə görə tərbiyəli, sakit təbiətli, mütəmadi olaraq əmək fəaliyyəti ilə məşğul olaraq öz ailəsini saxlayan, cəmiyyətə daim xeyir verən bir şəxsdir. O, həbs edilənə kimi müəllim işləyib və yaşadığı kəndinə xidmət göstərib, heç kimlə işi olmayıb. Bununla yanaşı baş vermiş cinayətə səbəb olan hallar nəzərdən keçiriləndə məlum olur ki, Hafiz Məmmədrzayevi bu cinayəti törətməyə sövq edən hallar olub. Yəni onun arvadı doğma əmisi oğlu tərəfindən pis formada təhqir olunub və buna dözə bilməyən məhkum ona cəmi bir bıçaq xəsarəti yetirib. Həmçinin qeyd olunmuşdur ki, zərərçəkmiş şəxs məhkumun əmisi oğludur. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, onlar barışıblar. Hətta zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istəyir. Çünki məhkumun himayəsində 3 azyaşlı uşağı var. İlk dəfə belə bir cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törədib, etdiyi əməldən çox peşimandır, artıq xeyli vaxtdır ki, həbsdə saxlanılır. Bir sözlə islah olunmuş şəxsdir. Hafiz Məmmədrzayev pedaqoqdur, bir neçə aydır həbsdədir və azadlıqdan məhrum etmənin necə ağır olduğunu bilir”.
Məhkəmədə bütün tərəflər dinlənildikdən sonra qərar elan edilib. Hakim Ceyhun Əhmədovun sədrlik etdiyi kollegiyada təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Qərara görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Hafiz Məmmədrzayevin barəsində qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207