Muəllif: Redaksiya
Arvadı ilə mübahisəsini telefona çəkib şantaj etdilər
Şantaj yolu ilə həmyerlilərindən pul qoparmaq istəyənlər yaxalandılar. CM-də bunu cəzası var. DİN saytına istinadən, iyulun 21-də Ələt qəsəbə sakini Ramil Ağayev polisə müraciət edərək həyat yoldaşı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmış videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirib.
Qaradağ RPİ əməkdaşlarının tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb.
Bölüm: Kriminal
Oxunma sayı: 160