Muəllif:

Arnold Stepanyan: “Metsamor AES Ermənistan və bölgə üçün ciddi təhlükə törədə bilər”

“Metsamor Atom Elektrik Stansiyası seysmik zona olan Ermənistan və bölgə üçün ciddi təhlükə törədə bilər”.
Bu sözləri Gürcüstanda fəaliyyət göstərən “Çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatının rəhbəri Arnold Stepanyan APA-ya açıqlamasında deyib. O bildirib ki, Metsamor AES-in yeni enerji blokunun tikintisi ilə bağlı yerli əhalinin, ictimaiyyət nümayəndələrinin fikrini öyrənmək vacibdir: “Bu stansiya barədə informasiyalar ictimaiyyətə məlum deyil. Ermənistan rəhbərliyi əhalinin nə düşündüyünü nəzərə almır. Rəhbərlik riskli addım atır. Bu məsələni öyrənmək vacibdir. Ermənistan qonşu ölkələrin mövqeyini ikinci dərəcəli hesab edir, halbuki Ermənistan çox kiçik dövlətdir və onun ərazisində nəsə baş versə, bu, sözsüz ki, qonşu ölkələrə də ciddi təhlükə yarada bilər”.

Xatırladaq ki, Metsamor AES stansiyası 1976-cı ildə tikilib və ölkənin enerji tələbatının 40-50%-ni ödəyir. Məlumata görə, yeni tikiləcək enerji blokunun gücü 1000 meqavat təşkil edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 262