Muəllif:

Armavia ordudan sonra ikinci ən vacib qurum imiş…

Ermənistanda ordudan sonra ikinci ən vacib qurum Armavia imiş… Bunu özləri belə görürlər. İndi bu qurum çökdü. Qalır ordu. Armavianın iflası ətrafında cərəyan edənlər Ermənistanın necə bir acınacaqlı durumda olduğunu üzə çıxarmışdır. Aviaşirkətin fəaliyyətini dayandırmasından sonra Ermənistanda yük və sərnişindaşıma ilə real məşğul olan heç bir aviaşirkət qalmayacaq. Yəni ölkə faktik olaraq özünü havadan blokadaya salmış olur. İstanbulun ardınca Tbilisiyə reyslər də dayandı. Xaricə çıxış üçün qalır İran və Gürcüstan tranziti ilə avtomobil həqliyyatı.

Armİnfonun Armaviadakı bu durumla bağlı sorğusuna cavab olaraq aviaşirkətin məsul əməkdaşlarının son dərəcə sentimental ovqatlı məktubunda deyilir: «Bu faciənin fəsadlarını başa düşən az adam var. Rəqabət mübarizəsinə tab gətirə bilmədik, məhsulun toplanması üçün bazar tapmadıq, bizim bazar isə kiçikdir, texnologiya köhnədir. Əməkdaşlar qeyd edirlər ki, ölkənin əhəmiyyətinə görə ordudan sonra ən vacib müəssisələrindən biri müflisləşəcək, Ermənistanda işsizlər ordusunun sayı daha 400 nəfər artacaq.
Cavabda deyilir:

«Bu sadəcə bağlanmış bir mağaza deyildir, və hətta 400 əməkdaşı olan bir müəssisə də deyil. Bu faciənin lərinliyini və aqibətini çox az adam anlaya bilir. Biz rəqabət nzbarizəsinə duruş gətirə bilmədik, məüsulumuzun satışı üçün bazar tapa bilmədik, bazarımız isə balaca, texnologiyamız köhnə, dəzgahlarımız kommunist dönəmindən qalma, menecment yanlış (hökumətimizin sevimli sözü)»

Cavabda xeyli sayda son nəsil təyyarəçilərin, mühəndis və texniklərin işsiz qalacağının doğuracağı sosial problemlər sarıdan əndişəsi duyulur, vəziyyətin belə bir şəkil almasında hökumət ittiham olunur.

Qeyd edilir ki, Ermənistanın aviasiya bazarı ildə 800 milyon dollar təşkil edir.
Bu pullar uçub gedən və uçub gələn cərnişinlərdən çıxır. Heyfsilənirlər ki, innən belə bu pullar Fransa, Almaniya, Rusiya kimi ölkələrin cibinə axacaq, milli kadrlar isə xarici aviaşirkətlərə üz tutacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168