Armavia müflis çıxdı: onu satışa çıxarıblar
Ermənistanın milli aviaşirkəti — Armavia aprelin 1-dən uçuşları dayandırmaq haqqında qərar qəbul edib. Ermənistan KİV-lərinə istinadən, bu barədə şirkətin mətbuat xidməti xəbər yayıb. İflasın səbəbi 2008-ci ildən başlanmış dünya iqtisadi böhranı ilə əlaqələndirilir bu dönəmdə iflasa uğramış bir sira iri aviaşirkətlərin
taleyi misal gətirilmişdir.
Deyilir ki, Armavianın sahibləri son 3 ildə aviadaşımalara dəstək üçün digər bizneslərindən vəsaitlər yönəldib, lakin bu gün artiq buna imkanlar tükənib. odur ki, uçuşları dayandırmaq və müflisləşmə prosesinə başlamaq haqqında qərar qəbul olunub.
Armavianın parkında 14 təyyarə var, həftə ərzində 40 istiqamətdə 20 ölkəyə 100-dən çox reys edir. Şirkətin prezidenti Mixail Baqdasarov
Armavianı 50 milyon dollara satır.