Muəllif:

Arkadi Karapetyan:Rusiya müəyyən etməlidir — biznesmendir və ya ciddi dövlət?

Qarabağda terror dəstələrinin sabiq rəhbərlərindən olan Arkadi Karapetyan bu fikirdədir ki, Rusiya ermənilərə qarşı yeni soyqırım hazırlayır.
Bu əli qanlı cani də digər erməni «başbilənləri» kimi Rusiya-Azərbaycan münasibətlərinin indiki durumundan, silah alqı-satqısından bərk narahatdır. İndiki situasiyanı ötən əsrin əvvəllərindəki situasiyaları ilə müqayisə edərkən bir çox ermənilər bu fikrə gəlirlər. Və hətta böyük Rusiyaya — ağıl dərsi keçməyi yekəxanalıqla özlərinə rəva görürlər.
Karabakh-open portalına müsahibəsində Karapetyan Rusiyanın Azərbaycana böyük həcmdə satdığı bu silahların minlərlə erməninin məhvinə yönəldiyini düşünür:

“Düşünmürəm ki, Rusiya silah sataraq Güney Qafqazda balansa riayət etməyə çalışır. Əksinə o vəziyyəti közərdir və öz bazasını gücləndirir, hansı ki, Ermənistana aid deyil. Xüsusilə Azərbaycanın «Smerç» reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir. Heç düşünürsünüz, bu silahlar Xankəndinə yönəldilsə, nə olacaq? Minlərlə insan həlak olacaq».

Karapetyan narazıdır ki, Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tanklarını satır: «Niyə balans üçün onlar bizə «Smerç» və qırıcı təyyarələr vermirlər?».

Rusiyanın Ermənistanda yerləşdirdiyi «İskəndər» operativ-taktiki raketlərindən danışan Karapetyan bildirib ki, bu raketlər Rusiyanın Ermənistandakı bazasına verilib. Ermənistanda həmin raketlərin tətbiqi üzrə mütəxəssis yoxdur: «Bundan başqa, «İskəndər» qərargahlara və ayrı obyektlərə qarşı yönəldilmiş ola bilər. Amma «Smerç» — kütləvi qırğın yaradan silahdır. Bir «Smerç» maşını 67 hektar ərazidə hər şeyi məhv edə bilər. Bizim regionumuzda «Smerç» atom bombasına bərabərdir. Azərbaycanın Qarabağda «Smerç»ləri tətbiq etməsi ermənilərin soyqırımı deməkdir. Rusiya müəyyən etməlidir — biznesmendir və ya ciddi dövlət?»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177