Muəllif:

Arif Hacılı: Vahid namizəd məsəlsinə seçkilərə 4 həftə qalmış baxaq

El Hərəkatı İdarə Heyəti sədrinin müavini Zəfər Quliyev bildirib ki, Rüstəm İbrahimbəyovun prezident seçkilərində Milli Şuranın namizədi olaraq irəli sürülməsində qəribə və təəccüb doğuracaq heç nə görmür. Onun sözlərinə görə, ilk gündən çoxları açıq bəyan etməsə də, şüuraltı bu ideyanı ən real variant kimi nəzərdə tutur: “Çünki Rüstəm İbrahimbəyov təkcə Milli Şuranın ideya müəllifi deyil, həmçinin bütün bu dövr ərzində prosesin birbaşa istiqamətləndiricisi olub. İndiki mərhələdə Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyovun adının çəkilməsi və müzakirəsi tam məntiqlidir”.

 Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya deyib ki, Müsavat Məclisi yanvarın 4-də partiyanın başqanı İsa Qəmbərin prezidentliyə namizəd irəli sürülməsi barədə qərar qəbul edib: “Partiya Məclisinin bu qərarı qüvvədədir və seçki kampaniyası yaxınlaşdıqca, ölkədəki real siyasi situasiyaya uyğun olaraq bir daha müzakirə olunacaq”.

 Hacılı bildirib ki, Milli Şuranın irəli sürəcəyi namizədlər sırasında R.İbrahimbəyovun və digərlərinin də adları çəkilir: “Müsavatın mövqeyi budur ki, belə məsələlərə seçki ərəfəsində baxılsın. Seçkilərə dörd həftə qalmış vahid namizəd məsələsini müzakirə edib, bir qərara gəlmək olar. Həmin dövrə qədər isə kimin daha şanslı olduğu görünəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135