Muəllif:

ARDNŞ və Rosneft arasında geniş danışıqlar gedir

ARDNŞ və Rosneft Bakı-Novorossiysk neft kəməri ilə «Urals» markalı neftin geri nəqlinə dair danışıqlar aparırlar. Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib ki. tərəflər «Urals» markalı neftinn qismən Bakı-Tbilsi-Ceyhan vasitəsilə nəql olunaraq oradan da Rosneftin pay sahibi olduğu İtaliya və Almaniyada yerləşən NEZ-də (neft emalı zavodu) emalı imkanı haqqında danışıqlar aparırlar. Bakı-Novorossiysk kəməri vasitəsilə Azərbaycana göndəriləcək neftin bir hissəsinin emal olunması məsələsi də müzakirə edilir.
Abdullayev vurğulayıb ki, ilin sonuna kimi tərəflər danışıqlar və bu əməliyyatların effektivliyinin qiymətləndirməsini aparmaq niyyətindədirlər. Razılığa gəlindiyi təqdirdə bu əməliyyatlar gələn ildən başlaya bilər.
ARDNŞ-in rəhbərinin sözlərinə görə, Bakı-Novorossiysk kəməri ilə neftin nəqli barədə əməliyyatlar və Rosneftlə layihənin reallaşdırılması ilə bağlı məsələləri sonuncu özü Transneft ilə (Rusiyada neft kəmərinin inhisar operatoru) həll edəcək.
ARDNŞ və Rosneftin başqa mümkün layihələri haqqında danışan Azərbaycan şirkətinin rəhbəri vurğulayıb ki, tərəflər treydinq əməliyyatları sahəsində layihələrin reallaşdırılmasında maraqlıdırlar.
Rosneft xüsusilə ARDNŞ-in Fuceyra (BƏƏ), Ceyhan (Türkiyə), Afrika ölkələri, Sinqapur və digər ölkələrdə ARDNŞ-in neft və neft məhsulları saxlamaq imkanına malik olduğu imkanlara böyük maraq göstərir.
ARDNŞ və Rosneftin hasiletmə layihələrində əməkdaşlığına toxunan Abdullayev bildirib ki, hər iki şirkət qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Lakin əsas məsələ iqtisadi məqsəd olaraq qalır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153