Muəllif:

ARDNŞ TAP layihəsində 20 faiz alacaq

ARDNŞ, BP və Total Trans-Adriatik boru kəməri (TAP) layihəsində 50 faiz (müvafiq olaraq 20, 20 və 10 faiz) iştirak payı alacaq. Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu prosesin rəsmiləşdirilməsi üzrə hazırda iş gedir.

Abdullayev qeyd edib ki, «Şahdəniz»in işlənməsi üzrə tərəfdaşlar ilin sonuna kimi Azərbaycan qazının Avropaya göndərişi çərçivəsində bütün saziş və müqavilələri razılaşdıracaq və imzalayacaq ki, bu da 2013-cü ilin sonunda «Şahdəniz»in ikinci mərhələsinin işlənmə layihəsi üzrə son maliyyə qərarını qəbul etməyə imkan yaradacaq.
Onun sözlərinə görə, artıq alıcılardan qaz üçün təsdiq olunan qiymətlər alınıb, o cümlədən müqavilələr üzərində işlər gedir.
ARDNŞ rəhbəri qeyd edib ki, hazırda Azərbaycan qazının Avropaya tədarükü marşrutunun tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) reallaşdırılması çərçivəsində də işlər davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139