ARDNŞ Gürcüstan neft bazarının 50 faizini əhatə edir
«Azeri Light» markalı neft dünyanın 33 ölkəsinə ixrac edilir. Bu barədə «Xəzər neft və qaz 2013» konfransında Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, yeni bazarlarda iştirak etmək və ARDNŞ-in öz biznesinin inkişaf etdirilməsi məqsədilə şirkət bir çox ölkələrdə nümayəndəliklərə malikdir. Eləcə də Dövlət Neft Şirkəti bir sıra ölkələrin energetika bazarında aktiv şəkildə iştirak edir. Xüsusilə də Gürcüstanda əhəmiyyətli işlər görür. Bu ölkədə ARDNŞ 110 yanacaqdoldurma məntəqəsinə malikdir və Gürcüstanın neft məhsulları bazarının 50 faizini əhatə edir.
Abdullayevin sözlərinə görə, Dövlət Neft Şirkəti, Ukrayna, Rumıniya və İsveçrədə neft məhsullarının pərakəndə satışı bazarında da iştirak edir.Abdullayev bildirib ki, ARDNŞ Türkiyədə olan böyük enerji layihələrinin iştirakçısı, «Petkim» neft-kimya şirkətinin şərikidir, Türkiyədə il ərzində gücü 10 milyon ton olan neft emalı zavodunun, «Petkim» yaxınlığında yerləşən limanın tikintisi ilə məşğuldur.