ARDNŞ DESFA şirkəti səhmlərinin 65 faizini aldı
DESFA şirkətinə məxsus səhmlərin əsas hissəsinin alqı-satqı müqaviləsi imzalanıb. ARDNŞ saytına istinadən, dekabrın 21-də ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və Petroleum şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan DESFA şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
Bildirilib ki, imzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. İmzalanma mərasimində qeyd olunub ki, DESFA şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.