Muəllif:

Araya girənin alt dodağını dişləri ilə qoparıb…

Ağcabədi rayon sakini Aslan Cəfərov (1986) bu il fevralın 20-də Ağcəbədi şəhərində Vüsal Musayev ilə içki məclisində olublar. Daha sonra Vüsal Musayev içki məclisini tərk edib. Vüsalın hərəkəti Aslanın xoşuna gəlməyib. Sərxoş olan Aslan Cəfərov Vüsalı axtarıb və onu Ağcabədi şəhərində internet klubunda tapıb. Aslan internet klubda Vüsala “sən kişi deyilsən, kişi kişini yarı yolda qoyub qaçmaz” deyərək nəlayiq söyüşlərlə söyüb. Bununla bağlı onların arasında mübahisə yaranıb. Vüsal Musayev Aslanın sifət nahiyəsinə iki dəfə sillə vurub. Aslan internet klubdan çıxaraq qaynatasının evinə gəlib.

Bir neçə saat sonra Aslan Vüsal Musayevlə aralarında baş vermiş narazılığa aydınlıq gətirməsi üçün evdən çıxıb. Həmin vaxt onu qayıntası Vüsalla dalaşmaması üçün saxlamağa çalışıb. Amma onu saxlamağa gücü çatmayıb və həmin vaxt oradan keçən qonşusu Arzuman Cəfərovun kömək etməsini xahiş edib. Qarşısının kəsilməsini görən Aslan Cəfərov yerdən daş götürərək Vüsalın çyin və sifət nahiyəsinə doğru atıb. Daha sonra onlar əlbəyaxa olublar. Həmin vaxt onları aralaşdıran Arzuman ortada qalıb və Aslan Cəfərov Arzuman Cəfərovun üstünə oturub və dişləri ilə onun alt dodağından dişləyərək qopardıb. Bununla da Aslan Cəfərov Arzuman Cəfərovun sifətinə silinməz xəsarət yetirib.

Hakim Rafiq Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Aslan Cəfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişlə barışdığını və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. Zərərçəkmiş Arzuman Cəfərov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184