Muəllif:

Aram Manukyan: Ölkənin bütün həyatı tək paytaxtda cəmləşib

Bu reallıq barədə Aram Manukyan İrəvanda öz tərəfdarlarının xeyli fasilədən sonra təşkil etdikləri mitinqdə çıxışı zamanı deyib. Ermənistan Milli Konqress partiyasının rəhbəri Aram Manukyan son 11 ay ərzində heç bir aksiya keçirmədiklərinə çörə mitinq iştirakçılarından üzr istəyib. Onun sözlərinə görə, aksiya ölkənin siyasi həyatında əhəmiyyətli hadisə olan İrəvan Ağsaqallar Şurasına seçkilər ərəfəsində keçirilir:

“İrəvanda sy təchizatı, zibil daşınması və digər kommunal məsələlərlə bağlı ciddi problemlər var, lakin biz aydın dərk etməliyik ki, İrəvanda keçiriləcək seçkilər ümumrespublika əhəmiyyətli seçkilərdir, çünki ölkənin, bütün həyatı demək olar tək paytaxtda cəmləşib”.

Aram Manukyan qeyd edib ki, hakimiyyətdə təmsil olunmayan siyasi qüvvələr səylərini birləşdirərək paytaxt İrəvanı hakim Respublika Partiyasının əlindən almalı və beləliklə onu siyasi inhisarçılıqdan məhrum etməlidir. Siyasətçi hesab edir ki, bunun üçün tam zəmin var, çünki hakim Respublika Partiyası heç zaman paytaxtda 50 faizdən çox səs toplamayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142