Muəllif:

Aralıq dənizi Oyunlarının güləş yarışlarında azərbaycanlı hakimə böyük etimad

Aralıq dənizi Oyunlarının güləş yarışlarına azərbaycanlı hakimə böyük etimad göstərilib. O, yarışlara nəzarəti həyata keçirəcək. Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilir.
17-ci Aralıq dənizi Oyunları 20-30 iyunda Türkiyənin Mersin şəhərində keçiriləcək. Aralıq dənizi Oyunları çərçivəsində güləş yarışları iyunun 22-dən 26-dək olacaq.
Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışlarda FILA koordinatoru kimi iştirak edəcək, yarışların təşkilinə və gedişinə nəzarət edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141