Muəllif: Redaksiya
Arağı satıb pulunu mənimsəyib
«Bakı Şərab-1» ASC-nin Salyan şəhərində fəaliyyət göstərən 7 saylı firma mağazasının müdiri Səxavət Cəfərovun qanun pozuntularına yol verməsi barədə müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, cəmiyyət tərəfindən maddi-məsul şəxs S.Cəfərovun iştirakı ilə aparılmış inventarizasiya ilə mağazada 143 min 272 manat məbləğində çatışmazlıq aşkar olunub. Audit çatışmazlığı təsdiq edib.
Fakta üzrə CM 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Bölüm: Xəbərlər
Oxunma sayı: 131