Muəllif:

Ara Arutyunyana cavab özünü çox gözlətmədi

Ermənilərin sən demə Xocalı aeroportundan istifadə etmək istəklərinə insan hüquqları müstəvisindən baxılmalı imiş… Bunu deyən adam ya zır savadsızdır, ya da həyasızlığı özünə iş-peşə etmişin birisidir, hələ dili ötür. Adamın yaxasından tutub deyərlər, bu uçuş istəklərinə insan hüquqları müstəvisindən baxılmalıdırsa, onda etnik təmizləməyə və soyqırıma məruz qalmış, əmlakları talan edilmiş, yaşadıqları şəhərlər və kəndlər yandırılmış 1 milyona yaxın insanın hüquqları
saman çöpüdürmü, hə? Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması qondarma «Dağlıq Qarabağ Respublikasının» «baş naziri» Ara Arutunyanın Xocalı aeroportu ilə bağlı bu əcaib açıqlamasına cavab verib.

«Əgər Ara Arutunyan məsələnin insan hüquqları müstəvisində həll olunması tərəfdarıdırsa, o zaman ilk növbədə Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi şəkildə çıxarılmış azərbaycanlı əhalinin hüquqlarının bərpa olunması və onların öz doğma yurd-yuvalarına qayıtması məsələsini qaldırmalıdır. İnsan hüquqlarından danışılırsa, o zaman Dağlıq Qarabağ və ətraf rayonlardan olan azərbaycanlıların hüquqları nə üçün qorunmur?!» Trend-in məlumatına görə, bunu İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov jurnalistlərə açılamasında deyib.

Qondarma «Dağlıq Qarabağ Respublikasının» «baş naziri» Ara Arutunyan mətbuat konfransında bildirmişdir ki, Xankəndi aeroportunun istifadəyə verilməsi siyasi müstəvidə deyil, insan hüquqları müstəvisində həll olunmalıdır. Bu məsələ siyasi xarakter daşımamalı, insan hüquqları xarakteri almalı və məsələ öz həllini tapmalıdır.

Əkbərov bildirib ki, nəinki əzəli Azərbaycan torpaqlarında mövcud olan Xocalı aeroportunun Xankəndi aeroportu adı ilə istismara verilməsi və uçuşların təşkili, ümumiyyətlə qondarma rejimin digər nümayəndələrinin də bu cür sərsəm fikirləri hüquqa ziddir. Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır və onun ayrılmaz hissəsidir.

«Dünya birliyinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıdığı bir halda, Ermənistan Respublikasının Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaratdığı qondarma «Dağlıq Qarabağ Respublikası» bu gün heç bir beynəlxalq qurum tərəfindən tanınmamışdır. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin öz doğma torpaqlarından çıxarılması, bölgənin etnik təmizləyə məruz qalması, Xocalı soyqırımının həyata keçirilməsi və digər bu kimi məsələlərə görə Ara Arutunyan və onun kimi qondarma «Respublikadakı» separatçı rejimi dəstəkləyən digər şəxslər beynəlxalq huquq müstəvisində cavab verməlidirlər», deyə Əkbərov bildirib.

Onun sözlərinə görə, qondarma «Dağlıq Qarabağ Respubikası»nın təyyarələrinin uçuşunun təşkili üçün onun Beynəlxalq Mülki Aviasiya Təşkilatı-İCAO-ya üzv olması zəruridir. Lakin Dağlıq Qarabağ tanınmamış respublikadır, ona görə də onu bu təşkilatın sıralarına heç kim qəbul edə bilməz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149