Muəllif:

«Aqronomun» həyətində 82 çətənə kolu aşkarlanıb

Sabirabadlı «aqronomun» həyətində 82 çətənə kolu aşkarlanıb.
“Xaş-xaş 2013” tədbirlər planı çərçivəsində Sabirabad polisinin əməliyyatları zamanı Qaratəpə kənd sakini Azər Alışova məxsus həyətyanı sahədən 82 ədəd çətənə kolu aşkar edərək götürüb.

Müəyyən edilib ki, çətənə kolları aqrotexniki qaydada əkilib, becərilib və yetişdirilib. Eyni zamanda həmin həyətdə selofan torbaya qablaşdırılmış çətənə kollarından hazırlanmış qurudulmuş marixuana da aşkar edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Azər Alışov polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 218