Muəllif:

AP müşahidə missiyasına italiyalı deputat rəhbərlik edir

Avropa Parlamentinin Azərbaycanda seçkiləri izləyəcək müşahidə missiyasının tərkibi açıqlanıb.
Avronest Parlament Assambleyasında Azərbaycan heyətinin rəhbəri Elxan Süleymanov
bu barədə demişdir ki, sentyabrın 25-də Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə missiyasının tərkibi müəyyənləşib. Bu müşahidə missiyasının tərkibi Avropa Xalq Partiyasından (EPP) 2, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir şəxs olmaqla 7 nəfərdən ibarətdir. Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, italiyalı parlamentari Pino Arlaki təyin edilib.

Ölkə daxilində də 9 Oktyabr prezident seçkilərində müşahidə aparacaq şəxslərin sayı artmaqdadır. Son məlumata görə, seçkiləri 30 minə yaxın müşahidəçi izləyəcək. MSK sədri Məzahir Pənahov qurumun son iclasda deyib ki, 30 minə yaxın müşahidəçidən 4072 nəfər ölkə, 25292 nəfər isə dairələr üzrə müşahidə aparmaq üçün qeydiyyatdan keçib, 697 nəfəri isə beynəlxalq müşahidəçilərdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126