Muəllif:

Antitürk siyasətinə «Ağ ölüm» əlavəsi

Son iki ildə İranda iqtisadi və maliyyə sektorunda yaranmış enmələr ölkəni böhran həddinə saldığı üçün sosial problemlər həm dərinləşmiş, həm də onun miqyası daha da genişlənmişdir. Tehran rejimi yaranmış durumdan çıxmaq üçün yollar aramaq, islahatlar aparmaq əvəzinə, fərqli taktikaya — narkomaniyanı yaymağa üz tutmuşdur. Bu gün narkomaniyanın get-gedə daha geniş miqyasda yayılması heç də təsadüfi hal deyildir. «Ağ ölüm» özü də bir siyasi vasitə kimi görülür.
Bu olduqca məkrli siyasətin fəsadları bütün Güney Azərbaycan boyunca özünü açıq şəkildə göstərməkdə, get-gedə yeni-yeni bölgələri bürüməkdədir. Belə ki, öncələr narkomaniya sadəcə Azərbaycan Respublikası ilə sərhəd bölgəsi olan Ərdəbil vilayəti və Qaradağ mahalında geniş yayılmışdısa, indi bu siyahıya Güney Azərbaycanın Urmu, Təbriz, Zəngan, Həmədan, Qəzvin, Savə, Ərak və digər vilayətləri də daxildir.
«Ağ ölüm» faciəsinin pərdəarxası
Bəlli olduğu kimi, narkomaniya insanın narkotik maddələrə aludə olduqdan sonra uyuşduruculara olan sonsuz tələbatıdır. Onun orqanizmində və özəlliklə də qan dövranında həmin izotoplara daim ehtiyac duymalı olur. Narkomaniyanın yaranmasında bir neçə amilə diqqət yetirmək lazım gəlir. Buraya fərdi amillər qismində bioloji faktorlar, sinir sisteminin tədricən pozulması, genetika, narkotik maddələrin orqanizmə təsiri ilə yanaşı, şəxsiyyətin özəlliklərinin, özgüvənin, yaşamı idarə və nəzarətdə saxlama duyğusunun olmaması, müstəqilliyə (fərdi mənada) duyulan aşırı ehtiyac, aqressivlik, sosial bacarıq və adaptiv çatışmazlıqlar və s. daxildir. İnsanda psixixoloji pozuntular yaranır, depressiyaya düşür, ona ailədə və cəmiyyətdə inamsızlıq hakim olur.
Digər yandan, erkən yaşlarında narkomaniyaya mübtəla olmuş insanlar nə təhsil almaq, nə də sonrakı yaş dövründə hətta ailə qurmaq haqqında düşünür. Ailə üzvlərindən birinin narkoman olması tədricən həmin ailənin parçalanması, ailədaxili münaqişlərin yaranması, anlaşılmazlıqların ortaya çıxması, mənəvi cəhətdən depressiv proseslərin yaranması, valideynlərdə sosial məsələlərə biganəliyinin ortaya çıxması, ailənin tədricən daha da yoxusullaşmasına səbəb olur.
Gənclərin təhsilə olan meylinin artıq tamamilə ölməsi, bölgədə kütləvi şəkildə savadsızığın yaranmasına səbəb olur. Bunlar azmış kimi, narkotik maddələr bazarının çiçəklənməsi, yoxsulluq, miqrasiya axınlarının güclənmə prosesləri də müşahidə olunur.
Tehran Azərbaycan türklərini yalnız belə görmək istəyir. Axı, bu halda onları idarə etmək, susdurmaq daha asandır.
Güneydə uyuşdurucu bazarı
Tehran rejiminin məqsədli şəkildə Güney Azərbaycan regionlarında narkomaniyanın yayılmasına şərait yaratmasını, onu dövlət siyasətinin tərkib hissəsi olaraq idarə etməsini sübut edən çox dəlillər var. Onlardan ən mühüm olanlardan biri budur ki, Əfqanıstan üzərindən «xaş-xaş» bitkisinin xammal formasında daşınmasını, sonra onun yeni yaradılmış xüsusi laboratoriyalarda emalını təşkil edir.
«Məhsulun» satışı üçün ticarət şəbəkəsini mövcudluğu ortadadır. Bu proses özü iki istiqamətə yönəlir: Güney Azərbaycan boyunca və Türkiyə, Quzey Azərbaycan, Orta Asiya Türk dövlətləri boyunca. Bu ticarət ciddi bir şəkildə tənzimlənməkdədir. Beləliklə, tək Güney Azərbaycanda deyil, bütövlükdə regionun 200 milyonluq türk etnosuna qarşı «Ağ ölüm» siyasəti xortlayıb üzə çıxır.
Bu gün bu ölüm siyasəti Güney Azərbaycan üzərindən mafiya sindikatları səviyyəsinə idarə olunan bir səviyyəyə çatmışdır. Problemin dəhşətli tərəfi budur ki, «Ağ ölüm» siyasətinin gerçəkləşməsində kürdlərin daha fəal şəkildə iştirakının qayğısına qalırlar. Buna görə də, son illər Türkiyə ilə sərhəd bölgəsi olan Urmu vilayətində kürdlərin sayının artmasına göz yumulması, onların tədricən bölgənin ən zəngin şəxslərinə çevrilməsi elə-belə deyildir.
Son zamanlar isə Təbriz başda olmaqla Güney Azərbaycanın başqa bölgələrində də «Ağ ölüm» siyasətini kürdlərin əli ilə idarə etməyə başlamışdır. Bu məkrli şəbəkədə türklər sadəcə orta və ya kiçik həcmli mövqelərə malikdir. Bölgənin məntəqələrində kürd məmurların sayının artması da məhz narkotik ticarətinə birbaşa nəzarətə görə hesablanmışdır. Makı, Qoşaçay, Sulduz, Urmu, Xiyav, Miyanə, Səlmas, Təbriz, Xoy, Mərənd və digər şəhərlərdə ən çox müşahidə olunan məqamlardan biri də Tehran rejiminin əsas hərbi və siyasi dayağı olan «Sepah»ın (İslam İnqilabının Keşikçiləri Korpusu) üzvlərinin kürdlərdən ibarət olması diqqəti çəkir.
Əfqanıstandan alınan «tiyək» (nəşə) Güney Azərbaycan və Türkiyədə kürdlərə məxsus gizli laboratoriyalarda emal olunduqduqdan sonra, daha yüksək səviyyəli narkotik maddə qismində Avropa bazarlarına çıxarılır. Avropada və Türkiyədə emal olunmuş narkotik maddələrin qiymətlərinin həddindən artıq çox baha olmasına baxmayaraq, İranda, xüsusilə Güney Azərbaycanda onların qiyməti qat-qat ucuzdur. Buna görə də Güney Azərbaycan üzərindən narkoticarət bazarına diqqət daha böyükdür. Xüsusilə Ermənistan hər il bu işdən yüzmilyonlarla qazanc əldə edir.
Orta Şərqdə baş vermiş inqilabi proseslərdən sonra Misir, Liviya, Tunis, Əlcəzair, İraq, Suriya və digər ölkələrdə ermənilərin nəzarətində olan narkoticarət şəbəkələri indi artıq Güney Azərbaycanda zühur etməkdədir. Urmu və Səlmas şəhərləri İran üzərindən Avropa ölkələrinə narkotranzit xəttində açar məntəqələrdir. Bu məntəqələrdə məskunlaşmış kürd qrupları daşımalarda önəmli vəzifələr icra edirlər.
Təqribi hesablamalara görə, bölgədə narkotiklərdən əldə olunan gəlirin 60 faizi Tehran rejiminin, 30 faizi kürdlərin PEJAK, HADEF, PKK, KDP, KOMALE və digər təşkilatlarının və 10 faizi isə erməni narkoticarətçilərin payına düşür.
İranda müşahidə olunan digər məqam isə, dünyada ən gəlirli və baha qiymətə satılan narkotik maddələrin, bu ölkədə çox ucuz olmasıdır. Bu işlə pərakəndə satış məntəqələri məşğuldur. Güney Azərbaycan məntəqələrində indi dəbdə olan narkotik maddələrin satışı və gizli evlərdə qəbulu üzrə xüsusi şəbəkələr də yaradılmışdır. Bu şəbəkələrin hamısı dövlət tərəfindən gizli şəkildə idarə olunur. İranın rəsmi dövlət statistikasına görə 70 milyonluq ölkə əhalisinin 3 milyonu narkomandır. Bu hələ rəsmi şəkildə etiraf olunan rəqəmdir.
Urmu vilayətinin Səmədzadə, Digalə, Kuştargah, Nahiyə, İslamabad, Əliabad, Gəcin, Balov, Kəhriz kəndlərinin tamamilə kürdlərdən ibarət olması, eləcə də Urmu şəhərinin əhalisinin indi dörddə birini kürdlərin təşkil etməsi, onların tamamilə narkotik alveri ilə məşğul olması, kürdlərə məxsus evlərdə, iş yerlərində, maşınlarda PKK-nın bayrağının, qatil Abdulla Öcalanın şəkillərinin, «Böyük Kürdüstan» xəritəsinin asılmış olması faktları bölgədə nə kimi siyasət yürüdüldüyünü çılpaq bir şəkildə ortaya qoymuşdur. Tehran rejimi məqsədyönlü bir şəkildə bütün bunlara göz yummaqda davam edir.
Ana Yasa qanunlarına məhəl qoyan kimdir
İran Ana Yasasında narkotik maddələrdən istifadəyə görə çox sərt qanunlar vardır. Açıq şəkildə qeyd olunur ki, narkotikdən istifadəyə, onun satışına və təbliğinə görə edam cəzası şəriət qanunları əsasında əsas hökmlərdən biridir. Sosioloqların apardığı araşdırmalar zamanı bəlli olmuşdur ki, indi İranda narkotik maddələrdən istifadə edənlərin orta yaş həddi 19-dur.
Son vaxtlar narkotiklərdən istifadə halları ən çox universitet tələbələri arasında artmışdır. Onların arasında oğlanlardan daha çox qızların narkotik qəbuluna meyillənməsi və əxlaqsızlığın yayılması müşahidə olunur. İndi İranda siqaretdən daha ucuz qiymətə əldə edilən bu narkotik maddələr əsasən iki hissəyə bölünür:
1. Birbaşa beyin sinirlərinə təsir edənlər,
2. Beyin sinirləri ilə yanaşı bədəndəki digər orqanlara təsir edənlər.
Buraya gras, həşiş, ekstaz (dərman formasında), marixuana və ikinci hissəyə isə tiryək (nəşə), heroin, morfin, şişə, krak, kristal, kokain və digər uyuşdurucu maddələr daxildir. Bu narkotiklərin qiyməti o qədər ucuzdur ki, onları hər yerdə tapmaq olar. Misal üçün, bir şot şüşə narkotikanın qiyməti 1500 tümən (Azərbaycanın milli valyutası ilə 40 qəpik) təşkil edir. Bunları satanlara isə «saqi» deyilir.
Güney Azərbaycanın hər bölgəsində narkomanların müalicə mərkəzləri yaradılsa da, indi onların çoxu bağlanmaq üzrədir. Çünki qanunla narkomanların müalicə olunması vəzifəsini daşımalı olan sağlamlıq mərkəzləri xəstələrə yeni narkotik maddələr verirmiş… Bundan narazı qalan əhalinin narahatlığını görən rejim dərhal bu sağlamlıq mərkəzlərini bağlamışdır.
Qorxulu Tehranın qorxusu
Son illər Güney Azərbaycanda əhalinin böyük əksəriyyəti türk dilində təhsil almaq, milli-mədəni təsisatların açılması, ana dilində kitabların və qəzetlərin nəşr edilməsi, milli dildə televiziya və radio kanallarının açılması, regionun iqtisadi və sosial problemlərinin həlli istiqamətində çox ciddi tələblər irəli sürməkdədirlər. Prosesin belə bir axarda inkişaf etməsini görən Tehran rejimi fərqli forma və məzmunlarda strateji taktikalara əl atmağa, prosesləri iflasa uğratmağa çalışır. Onlar əhalinin kütləvi şəkildə narkomana çevrilməsi, digər yandan yerli təhlükəsizlik və inzibati orqanlarda qeyri millətlərin təmsil olunması (ən çox da kürdlər), caza ordularında narkotik xəstəliklərə mübtəla olunmuş insanların cəlb olunması kimi praktikaya üz tutmuşdur.
Digər hədəf isə Güneydə əhalini ağır maddi sıxıntılar ucbatından miqrasiyaya təhrik etməklə, burada demoqrafik durumun dəyişməsinə nail olmaqdır. 2003-cü ildən başlanan bu strateji hədəf, Güney Azərbaycana və Türk Dünyasına qarşı tətbiq olunan bu ağır və üzücü siyasət, son illər yerli milli ziyalılar və fəallar tərəfindən təhlil olunaraq, ictimai fikrə gətirilməkdədir.
Bəli, «Qorxulu Tehran»ın bu günkü qorxusu Güney Azərbaycan və Xorasan (burada 5 milyon türkmən yaşayır) Türkləri arasında yaranmış milli birlik və ümumi strateji hədəflərdir. Onlar bu qarşısıalınmaz prosesin qarşısında aciz qalmışlar. Əldə bayraq etdikləri ideologiyaları təsir gücündə deyildir. Buna görə də inkişaf edən ortaq türk siyasi düsturunu pozmaq üçün hər bir şeytan əməlindən faydalanmağa çalışırlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1451