Muəllif:

Anna Çapman və Denis Dvornikov ermənilərin cibindən boylandılar

Rusiyada iki tanınmış isim — çılpaq şəkilləri elektron mətbuat səhifələrini «fəth etmiş» Anna Çapman və Denis Dvornikovun ermənilərin düdüyünə oynadıqları bəlli oldu. Bu iki isim ermənilərin cibindən boylandılar. Ermənilər onları təbii ki «elə-belə» Xankəndinə gətirə bilməzdilər. Bu iki qrupu satın alıb oraya apara bildiklərinə, və dillərindən «lazımi» təbliğati ifadələri aldıqlarına görə bir «malades» düşür yəqin ki…

Bakıdan reaksiyaya gəldikdə isə, əgər bu səfər faktı rəsmən təsdiqlənsə, işğal altında olan ərazilərimizə səfər etmiş şəxslərin adları XİN-ni “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəkdir.

Artıq XİN Rusiya səfirliyimizə bu ölkənin bir sıra ictimai xadimlərinin Azərbaycanın işğal altında olan ərazilərinə səfəri barədə məlumatı araşdırmağı tapşırıb. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya bildirib ki, əgər səfər faktı təsdiqlənsə, o zaman ölkəmizin işğal altında olan ərazilərinə səfər etmiş şəxslərin adları “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

“Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır. Azərbaycanın müvafiq strukturları ilə razılaşdırmadan edilən bu kimi səfərlər qanunsuzdur və Azərbaycanın dövlət sərhədi haqqında qanunun kobud şəkildə pozulmasıdır. Rəsmi İrəvan bu cür təxribatlarla adamları aldadaraq Azərbaycanın işğal altında olan ərazilərinə aparır. Bu bir daha işğalçılıq təfəkküründən uzaqlaşmayan, münaqişənin sülh yolu ilə nizamlanması prosesinə hər yolla zərər vurmağa çalışan rəsmi İrəvanın militarist mahiyyətini təsdiqləyir. Rəsmi İrəvan bu yanaşma ilə əsl niyyətini – status-kvonu qorumaq və Azərbaycan torpaqlarının işğalını davam etdirmək niyyətini nümayiş etdirir.

Xatırladaq ki, Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatının dəvəti ilə Rusiyanın bir sıra jurnalist və ictimai xadimi Ermənistana səfər ediblər. Ermənistan mətbuatının yazdığına görə ayın 30-dək davam edəcək səfər çərçivəsində heyət üzvləri Dağlıq Qarabağa da gediblər. Bu heyətin tərkibinə Rusiya kəşfiyyatının keçmiş əməkdaşı, adı qalmaqallarda çəkilən Anna Çapman, Rusiya İctimai Palatasının üzvü Denis Dvornikov və başqaları daxildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 200