Muəllif:

Ankaradan İrəvana məsləhət: münaqişədə irəliləyiş olsun, …

Türkiyənin «Hürriyet Daily News» nəşri iddia edir ki, Ankara Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olacağı təqdirdə, Yerevana regional layihədə iştirak etməyi təklif edib, bu təklifi ATƏT-in Minsk qrupuna da təqdim edib. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret irəliləyiş olacağı təqdirdə, Avropa ilə Asiyanı birləşdirən özünün regional nəqliyyat layihəsində iştirak etməyi təklif edir. Qəzet diplomatik mənbələrə istinadən yazır ki, Ankara ATƏT Minsk Qrupunun fəaliyyət göstərməsinə çalışır.

«Biz 2012-ci ilin noyabrında nəqliyyat dəhlizlərinin təyin edilməsi üzrə kompleks layihəni Minsk qrupuna təqdim etdik. Bu layihə dinc şəraitdə, xüsusilə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafında yeddi rayonun azad edilməsi məsələsində irəliyə addım atmasından sonra həyata keçirilməlidir. Biz Türkiyə və Ermənistan, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşdırılmasını təklif edirik», — Türkiyənin diplomatik mənbələri qəzetə bildiriblər.
Qəzetin məlumatına görə, Türkiyə layihəsini 2012-ci ilin noyabr ayında Vyana görüşündə Minsk qrupuna təqdim edib.
«Minsk qrupunun bütün ölkələri layihəyə müsbət reaksiya veriblər. Biz onlara izah etdik ki, bu layihə bütün tərəflərin marağında olan sülhün perspektivinə istiqamətlənib», — qəzetin mənbələri qeyd edirlər.
Nəşrin məlumatına görə, təklif edilən layihə iki mərhələdən ibarət olub: istifadə edilməyən dəmiryollarının bərpası və yenilərinin tikilməsi vasitəsilə Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya arasında əlaqələrin qurulması.
«Bakı-Tbilisi-Qars dəmiryol layihəsi cari ilin sonunda başa çatmalıdır, Türkiyə-Ermənistan dəmiryolu isə kiçik həcmli yenidənqurma işlərindən sonra yenidən açıla bilər», — nəşr yazır.
Qəzet yazır ki, layihənin ikinci mərhələsi region ölkələri ilə Avropa və Asiya arasında əlaqələrin qurulmasını nəzərdə tutur.

«London və Pekin arasında «Mərmərə» nəqliyyat xətti və Bakı-Tbilisi-Kars dəmiryol layihələrini tezliklə tamamlanması, eyni zamanda, regionda siyasi vəziyyətin normallaşması Ermənistana bu artan strateji layihələrə qoşulmağa imkan verəcək», — qəzet yazır ki, bu barədə layihəyə yaxın mənbələr iddia edirlər.
Nəşrin mənbələrinin sözlərinə görə, Türkiyə təklif edilən layihənin məzmunu barədə rəsmi Bakını məlumatlandırıb. «Biz aydın şəkildə izah etdik ki, bu layihə yalnız Ermənistanın sülh prosesində irəliyə addım atacağı təqdirdə həyata keçirilə bilər», — qəzet yazır ki, bunu Azərbaycan mənbələri qeyd ediblər.
Nəşrin məlumatına görə, Ermənistan bu layihəyə hələlik soyuq yanaşıb və ATƏT Minsk Qrupu vasitəsilə rəsmi mövqeyini açıqlamayıb.

Əlavə edək ki, Ermənistan regional layihələrə qoşulmadan da ianələr hesabına normal
yaşaya bilir, bu kimi layihələrə qoşulmaq ona maraqlı deyil. Bu halda Ermənistan əhalisinin ölkəni tərk etməsi və ölkəyə qeyri-erməni əhali kütləsinin doluşması sürətlənər ki, İrəvan üçün belə bir perspektiv arzuedilən deyildir. Onun üçün işğal altinda
saxladığı toppaqları əldə tutmaqda davam etmək daha vacibdir

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 95