Muəllif:

Ankarada İran səfirliyi önündə etiraz aksiyası keçirilib

Türkiyədə yaşayan Azərbaycan türk fəallar avqustun 7-də İranın Türkiyə səfirliyinin qarşısında yenə də etiraz aksiyası keçirmişlər. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İH üzvü Ağrı Qaradağlı tərəfindən yayılan bilgiyə istinadən, aksiya Türkiyədə siyasi mühacir həyatı yaşayan Güney Azərbaycanlı soydaşlarımız tərəfindən təşkil edilib və hazırda İranın müxtəlif həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbuslara dəstək xarakteri daşıyıb.

Piket səfirliyin binası önündə bəyanat oxunması ilə sona çatıb. Aksiya dinc şəraitdə keçib və Türkiyə polisi piketə heç bir müdaxilə etməyib.

Qaradağlı bildirib ki, bəyanatda İran hökumətindən beynəlxalq standartlara və hüquqa uyğun olaraq ədalətli məhkəmə prosesinin keçirilməsinə şərait yaratması, Yeni GAMOH üzvlərinin aclıq aksiyasını dayandırmaları üçün tələblərinin yerinə yetirilməsi üçün qanuni tədbirlər görməsi, Güney Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətinə son qoyması, azərbaycanlı siyasi fəallara qarşı təzyiq və işgəncələrə, insan haqlarının pozulmasına son qoyması, türklərin mədəni və ictimai sahələrdə fəaliyyətinin qarşısının alınmasının dayandırılması, həmçinin türk ziyalılarının, siyasi-mədəni fəallarının və digər dissidentlərinın azadlığa buraxması tələb edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 275