Ankara ilə İrəvanın münasibətləri yaxşılaşa bilməz
Nə qədər ki, Ermənistan Azərbaycan topraqlarının işğalını davam etdirir, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından söhbət gedə bilməz. Bu barədə çərşənbə axşamı Trend-ə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət və İnkişaf Partiyasından deputatı Mustafa Kabakçı bildirib.
«Ermənistanla münasibətlərin yaxşılaşdırılması məsələsində Türkiyənin mövqeyi aydındır: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, Ankara öz mövqeyini dəyişməyəcək», — Kabakçı deyib.
Deputat qeyd edib ki, Ermənistan Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi zorakılığı etiraf etməli, dünya birliyi qarşısında törətdiyi cinayətlərə görə cavab verməlidir və yalnız bundan sonra Türkiyə ilə hansısa münasibətlərin qurulmasından danışmaq mümkündür.
Qeyd edək ki, bazar ertəsi Ermənistan prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinə dair məsələnin ölkə parlamentinin gündəliyindən çıxarılması ehtimalını istisna etməyib.
Bu arada Ermənistan prezidenti Serı Sarqsyan deyib: “Biz dəfələrlə bəyan etmişik və bir daha bildiririk ki, Türkiyənin atacağı heç bir addım bizim erməni soyqırımını tanıtmaq və qınamaq istiqamətində aktiv fəaliyyətimiz sual altına qoya bilməz”.
Bu fikrini “Andin” jurnalına müsahibəsində söyləyib. Prezident onu da qeyd edib ki, artıq Ermənistan və Türkiyəni dəstəkləyən vasitəçilərlə ikitərəfli münasibətlərin stabilləşməsi prosesində “məqbul zaman”ı konkretləşdirmək vaxtı çatıb:
“Hamının anlayışla qarşıladığı bu müddət müəyyən olunduqdan sonra Türkiyə tərəfdən konkret addımlar atılmasa, konkret addımlara keçmək lazımdır. Bizim protokolları bir məqsəd kimi dəstəkləmək arzumuz yoxdur. Türkiyə bu prosesdə ikili davranır, bu isə prosesi faktiki olaraq dondurub”.