Muəllif:

Anar Məmmədlinin həbsi Vyanada rezonans verib

Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki Missiyası Müstəqil Seçki Müşahidəçisi Anar Məmmədlinin Azərbaycanda Həbsi məsələsinə reaksiya verib. Bu münasibət 19 dekabrda Səfir Daniel B. Bayer tərəfindən Vyanadakı Daimi Şuraya təqdim olunub. Xəbəri ABŞ-ın Azərbaycan səfirliyi yayıb. Deyilir:

«Birləşmiş Ştatlar son dövrlərdə Azərbaycanda vətəndaş cəmiyyətinə təsir edən hadisələrin baş verməsindən, o cümlədən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin 16 dekabr, 2013-cü il tarixdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda ittiham edilərək həbs edilməsindən və barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsindən dərin narahatlıq keçirir. İttihamın təfərrüatları hələ də, aydın deyildir və cənab Məmmədlinin saxlanılmasının onun rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçirilən seçkilərin monitorinqi və hesabatlıq fəaliyyəti ilə bağlı olub-olmadığı bizdə sual doğurur. Birləşmiş Ştatlar bu məsələni Azərbaycan Hökumətinin rəhbər şəxsləri qarşısında qaldırmışdır və bunu davam etdirəcəkdir.  

Məhkəmə prosesi davam etdiyi bir vaxtda biz cənab Məmmədlini dərhal azad etməyə çağırırıq.

Bu il ərzində bəyan etdiyimiz kimi, biz Azərbaycan Hökumətini müvafiq hüquqi prosedurlara əməl etməyə, məhkəmə prosesinin şəffaflığı və ədalətliliyini təmin etməyə çağırırıq.

Biz  SMDTM və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ilə bağlı aparılan istintaq işini yaxından izləməyə davam edəcəyik.

Biz eyni zamanda bu fürsətdən istifadə edərək Prezident Əliyevi QHT-lər haqqında qanun layihəsini parlamentə qaytarmağa və bu qanun layihəsinin beynəlxalq standartlar və ATƏT qarşısında götürülmüş öhdəliklərə uyğunlaşdırılması imkanlarını müəyyən etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna və Birləşmiş Millətlər Təşkilatının sərbəst toplaşmaq və birləşmək hüquqları üzrə xüsusi məruzəçisi  Maina Kiaiyə müraciət etməyə çağırırıq».

 

 

 

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188