Muəllif:

Anadolu restoranlar şəbəkəsinin kassiri girovluqdan qaça bilib

Bakıda Anadolu restoranlar şəbəkəsinin kassiri girov götürülüb, lakin girovluqdan qaça bilib.
Hadisə ötən gecə Heydər Əliyev prospektində yerləşən Anadolu restoranlar şəbəkəsinin yeməkxanasında baş verib. Yeməkxananın əməkdaşı Mübariz Səmədov şirkətin kassirini (adı açıqlanmır) girov götürüb. Kassir müxtəlif yollarla qaçaraq girovluqdan azad olub və bu barədə dərhal polisə məlumat verib.

Polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində Səmədovun gizləndiyi yer müəyyənləşib və ora əməliyyat qrupu çıxıb. İfşa olunduğunu görən Səmədov polisə silahlı müqavimət göstərib. Hətta o havaya bir neçə dəfə atəş açaraq təslim olmaq istəməyib. Lakin Səmədovun məsuliyyətdən yayınma cəhdləri baş tutmayıb və o zərərsizləşdirilərək Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141