Ana və 2 azyaşlının həyatına qıyan qatil tutulub
Bu müdhiş cinayət Cəlilabad şəhərində bu gün saat 2.00 radələrində baş verib. Nahidə Quliyeva və onun iki azyaşlı qızı — Mədinə və Nuray həlak öldürülmüşlər.
Cəlilabad şəhəri, 20 Yanvar küçəsi, 63 ünvanda yaşayan Nahidə Quliyeva (1985), onun iki azyaşlı qızı — 3 yaşlı Mədinə və 2 yaşlı Nuray iti alətlə boğaz nahiyələrindən xəsarət yetirilməklə öldürülüblər. Qətldən sonra ev yandırılıb.
Qonşular və yanğınsöndürənlər Nahidə Quliyeva və Nuray Quliyevanın meyitlərini evdən çıxara bilsələr də, Mədinənin meyiti yanaraq tanınmaz vəziyyətə düşüb.
Nahidə Quliyevanın həyat yoldaşı Məzahir Quliyev internet-kafe işlədir və hadisə baş verən vaxt işdə olub.
Az sonra cinayətin üstü açılıb. Hadisənin Cəlilabad sakini Vüsal Mirzəkişi oğlu Quliyev (1981) tərəfindən törədildiyi üzə çıxıb. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir.
Tutulan şəxs Nahidə Quliyevanın həyat yoldaşı Məzahir Quliyevin bacısının əridir.