Muəllif: Redaksiya
Amerikalılar Bulla-Dənizdə quyunu bağlamağa başlayıblar
Bulla-Dəniz yatağında qəzanın və yanğının aradan qaldırılması üçün amerikalı mütəxəssislər Azərbaycana gəliblər. Onlar dünyanın bütün dənizlərində işləyiblər. Bu barədə Turan-a Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, amerikalı mütəxəssislər bu gündən platformanı doğramağa başlayacaq və bununla da quyunun bağlanması prosesi həyata keçiriləcək.
Xatırladaq ki, qazma sahəsində olan qurğular Azərbaycan mütəxəssisləri tərəfindən indiyədək tam təmizlənib.
Bulla-Dəniz qaz yatağı Bakıdan 80 kilometr cənubda açıq dənizdə yerləşir. Avqustun 17-də yataqda qazılan quyuda qəza yaranıb və yanğın baş verib. Yanğın hələ də davam edir.
Bölüm: İqtisadiyyat
Oxunma sayı: 166