Muəllif:

Alternativ enerjidən geniş istifadə məqsədilə araşdırmalar aparılır

Alternativ enerjidən geniş istifadə barədə çoxdan bəri söhbətlər getsə də, tədqiqatların hələ bitmədiyi üzə çıxır. MEA Coğrafiya İnstitutu ölkədə günəş və külək enerjisindən geniş istifadə məqsədilə tədqiqatlar apardığı bildirilir. MEA-nın bu gün yaydığı məlumatda bildirilir ki, Günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışırlar. Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış «Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi» layihəsi çərçivəsində gedir. Layihənin rəhbəri Coğrafiya İnstitutunun direktoru, MEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadır.
Layihə çərçivəsində ölkə ərazisində atmosferin müxtəlif optik şəraitlərində Günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılıb. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənib və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilib.
Bundan əlavə, Günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır. Tədqiqatlar gələn ilin sonunadək davam edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141