Muəllif:

Alpinistlər bu həftəsonu Pakistandan vətənə dönəcəklər

Alpinistlərin bu həftəsonu Pakistandan vətənə dönüşü gözlənilir. Beynəlxalq “Nanqa Parbat 2013” ekspedisiyasında iştirak edən Azərbaycan alpinistləri komandası vətənə qayıtmağa hazırlaşdığı xəbəri alınıb. Komandanın rəhbəri, ölkənin Alpinizm Federasiyasının rəhbəri İsrafil Aşurlunun Turan-a verdiyi məlumata görə, hazırda komanda hərbiçilər tərəfindən vertolyotlarla evakuasiya olunduqları İslamabaddadır. Bu, iyunun 22-də radikal islamçıların təxminən 4200 m yüksəklikdə baza düşərgəsi yaxınlığında 11 ekspedisiya iştirakçısını güllələməsindən sonra baş verib. Bundan sonra Pakistan hakimiyyəti ekspedisiyanı dayandırmağı qərara alıb.

Bu zaman ekspedisiyanın təchizatının və yüklərinin bir neçə tonluq böyük hissəsi düşərgədə qalıb. Çərşənbə və cümə axşamı günləri Pakistan HHQ-nin vertolyotları bu təchizatı hissə-hissə gətirib. Şənbə və bazar günü idmançıların vətənə qayıda biləcəyinə ümid edilir.
Terror aktı zamanı bizim komandamız təxminən 6100 metr yüksəklikdə, marşrutun ən çətin hissəsində idi və təcili aşağı enmək məcburiyyətində qalıb.

Öldürülən məsum idmançılar arasında 3 Ukrayna, 3 Slovakiya, 3 Çin nümayəndəsi, bir litvalı, bir Nepalli və bir nəfər yerli tərcüməçi var idi. Radikal islamçılar terror aktına görə məsuliyyəti öz üzərinə götürərək, Qərbdən qisas aldıqlarını iddia ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160