Alpininistərimizin hədəfi — Xan Tenqri zirvəsi
Azərbaycan alpinistləri Xan Tenqri və Qələbə zirvələrini fəth etməyə hazırlaşırlar.
Onlar Tyan-Şan-2013 — Xan Tenqri (7010 m.) və Qələbə (7439 m.) zirvələrinə ekspedisiyaya başlayıblar. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən yayılan xəbərə görə, ötən həftənin sonunda alpinistlər Şirxan Məmmədov və Firuz Dadaşov Bişkekə (Qazaxıstan) yola düşüblər. Daha sonra onlar helikopterla Güney İnılçek buzlaqda yerləşən baza düşərgəsinə çatdırılıb. Avqustun sonunadək alpinistlərimiz «Xan Tenqri” və «Qələbə” piklərinə yürüş etməyi planlaşdırırlar.
Sirxan Məmmədov və Firuz Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir. Qarşıdakı sözügedən zirvələr fəth olunduğu halda idmançılarımız «Snejniy Bars” (Qar qaplanı) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – Xan Tenqri (7010 m.), Qələbə (7439 m.), Lenin (7134 m.), Korjenevskaya (7105 m.), Kommunizmdir (7495 m.). «Qar qaplanı adına, yarıməsrlik tarixi ərzində 621 alpinist layiq görülüb. Qeyd edək ki, bu titula Azərbaycanın tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.