Muəllif:

Almatıda polisə hücum edən Azərbaycan vətəndaşına cinayət işi açıldı

Almatıda polisə hücum edən Azərbaycan vətəndaşına cinayət işi açıldı. Bu vaxt o sərxoş vəziyyətdə olub. Yol polisi Audi-100 avtomobilini saxlamaq istərkən azərbaycanlı sürücü öncə polisin dayanmaq tələbinə tabe olmayıb.38 yaşlı Azərbaycan vətəndaşı sonradan idarə etdiyi maşından çıxaraq polis əməkdaşına hücum edib. O bununla kifayətlənməyərək polis əməkdaşına yerə yıxmağa cəhd edib və onun poqonunu qoparıb.

Hadisə yerinə gələn digər polis əməkdaşları sərxoş vəziyyətdə olan sürücünü saxlamağa müvəffəq olublar. Azərbaycan vətəndaşı dindirilən zaman bildirib ki, həddən artıq sərxoş olduğundan heç nəyi xatırlamır. Sərxoş sürücüyə qarşı CM hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək maddəsi üzrə cinayət işi açılıb. Bu maddə cərimə cəzasını və ya 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131